11 Avqust 08:51
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər taurin törəməsinin iştahı azaltmaqla arıqlamağa kömək etdiyini kəşf edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "N-asetiltaurin" siçanların iştahını azaltmaqla arıqlamağa kömək edib.

Xəbərə görə, bu kəşf minimal yan təsirləri olan yeni arıqlama dərmanlarının əsasını təşkil edə bilər.

Taurin amin turşusu qabıqlı balıqlarda, ətdə və enerji içkilərində olur. Taurin əzələlərin, mitoxondrilərin (hüceyrələrdə enerji istehsal edirlər) işləməsi üçün lazımdır və beyindəki xüsusi molekullarla qarşılıqlı əlaqədə olur. Taurin törəmələri özünəməxsus xüsusiyyətlərə malikdir. Təxminən on il əvvəl elm adamları taurinin yeni metaboliti "N-asetiltaurini" kəşf etdilər. O, qeyri-aktiv əlavə hesab edilirdi, lakin yeni bir araşdırmada elm adamları onun bədən üçün əhəmiyyətini sübut etdilər.
Hazırda alimlər "N-asetiltaurin"in hansı xüsusi funksiyaları yerinə yetirdiyini öyrənməyə çalışır. Ara.dırmalar onun birbaşa beyinə təsir etdiyini göstərir. Bu kəşf piylənmə ilə mübarizədə kömək edəcək "N-asetiltaurin" tərkibli yeni pəhriz əlavələrinin əsasını təşkil edə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər