22 Avqust 09:32
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" korporasiyası 2024-cü ildə texnologiya şirkətlərinin ən qiymətli brendləri reytinqində birinci yeri tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq təşkilatı "Brand Finance" öz hesabatında bildirib.

"Apple" brendinin dəyəri 2023-cü ildən bəri 74 % artaraq 516,6 milyard dollara çatıb. "Microsoft" siyahıda ikinci yerdə qərarlaşıb, onun brend dəyəri 340,4 milyard dollar (78 faiz artım) təşkil edib. "Google" üçüncü yerdə qalır, onun brend dəyəri 333,4 milyard dollar qiymətləndirilir. Brend dəyəri 308,9 milyard dollar (3,2% artım) ilə "Amazon" dördüncü yerdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər