Yaponiyanın “Astroscale Japan” şirkəti Yerin aşağı orbitindən kosmik tullantıların bir hissəsini çıxarmaq üçün təklif alıb.
Teleqraf.com xəbər verir ki, şirkət 12 milyard yen (144 milyon manat) dəyərində olan "ADRAS-J2" adlı kosmik zibillərin çıxarılması missiyasını həyata keçirəcək.
Missiya çərçivəsində şirkət 2009-cu ildən Yer orbitində olan "Yapon H-2A" raketinin yuxarı pilləsini çıxarmağı öhdəsinə götürüb. Bu missiya üçün kosmik gəminin 2028-ci maliyyə ilində buraxılması planlaşdırılır.