Amerikanın əsas aviaşirkəti "Spirit Airlines" bütün sərnişinlər üçün məcburi dress-kod elan edib.
Teleqraf.com "Daily Mail"a istinadən xəbər verir ki, bu barədə şirkətin “daşıma müqaviləsi”nə dəyişikliklər olunub.
Dəyişikliklərə əsasən, sərnişinlər təyyarəyə minərkən müəyyən tərzdə geyinməlidirlər. Ekipaj üzvləri ədəbsiz və ya başqalarını təhqir edən hesab olunan geyimli şəxsləri təyyarədən kənarlaşdıra biləcəklər. Həmin şəxslərə təzminat ödənilməyəcək.