Rusiya Prezidenti Vladimir Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin geyimi barədə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, Putin qubernatordan kostyumunun yerli istehsal olub-olmadığını soruşub.
Nikitin cavab verib ki, kostyum yerli parçadan tikilib. Buna cavab olaraq Putin onun seçimini təsdiqləyib.
“Əla, əla. Çalışmalıyıq ki, bizi əhatə edən, yerli istehsal olan hər şeyi geyinib zövqlə istifadə edək, ən yüksək keyfiyyətdə olsun” - dövlət başçısı vurğulayıb.