26 İyul 2018 20:59
3 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının Rusiya və digər xarici estrada ulduzlarından ibarət iştirakçılarının qırmızı xalı üzərində keçidi baş tutub.

"Report"un məlumatına görə, qırmızı xalıdan Anna Sedokova, Nikolay Baskov, Qlyuk’oza, Qriqori Leps, Ani Lorak, İnqrid, Stiven Siqal, Aysel, DoReDos, Yeqor Krid və başqaları keçirlər.

Şou-biznes ulduzları festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan yaşadıqları məmnunluğu ifadə ediblər.

Qeyd edək ki, festival iyulun 29-da başa çatacaq. Konsertlərə bütün biletlər artıq satılıb.


Müəllif: Teleqraf.com