6 İyul 2021 14:56
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər