Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və Xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.
Teleqraf.com xəbər verir ki, qonaq Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı bu yaxınlarda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçlə görüşünü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə və Vətən müharibəsi dövründə ölkəmizə verdiyi dəstəyi bir daha yüksək qiymətləndirib, bunu dostluq və tərəfdaşlıq əlaqələrinin mühüm göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Bosniya və Herseqovinanı dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin darmadağın edildiyini bildirərək indi ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi geniş yenidənqurma və bərpa işlərdən danışıb.
Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və Xarici işlər naziri Bisera Turkoviç ölkəmizin əldə etdiyi böyük nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu qeyd edib.
* * *
11:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.