18 Dekabr 2023 15:52
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Fərmanla 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər