6 Oktyabr 2020 17:29
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsinin atəşkəs, dialoq, danışıqlar, diplomatiya və sair üsullarla həllinə dair təkliflər hiyləgərcəsində fikirləşilən tələ və məğlubiyyətin təsdiqidir. Təcavüzkar düşmənin beli qırılmayana və hərbi zəfər siyasəti təsdiq edilməyənə qədər danışıqlar masasına oturmaq işğalçıya güzəşt olar. Ermənistanın silahlı dəstələri ya Dağlıq Qarabağdan çəkiləcək, ya da əziləcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı rəhbərlik etdiyi partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan deputatlarının qrup toplantısındakı çıxışında ifadə edib.

Ermənistanı Azərbaycana qarşı işğalçılıq siyasətində qalmaqda, bəşəri cinayət olan Xocalı soyqırımını törətməkdə, əsassız iddialar, onilliklər boyu xalqlarımıza qarşı edilən xəyanət, düşmənçilik və hiyləgərlik əməlləri törətməkdə sərt ittiham edən Dövlət Baxçalı deyib: “Cənubi Qafqaza sülhün gətirilməsinin yeganə yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından bəhanəsiz çəkilməsi, Dağlıq Qarabağda Azərbaycan bayrağının yüksəldilərək suverenliyin bərpa edilməsidir. Başqa çarə, seçim və həll yolu yoxdur”.

Dağlıq Qarabağdan xeyli aralıda yerləşən Tovuz rayonuna beynəlxalq ictimaiyyətin gözü qarşısında edilən hücumları, hazırda Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərinə raketlərin atması, mülki əhalinin hədəf alınmasını, otuza yaxın dinc sakinin qətlə yetirilməsini vandalizm aktı kimi dəyərləndirən Dövlət Baxçalı deyib: “Terror dövləti olan Ermənistan sentyabrın 27-si səhər saatlarında növbəti dəfə təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da hücuma keçdi. İşğal alındakı Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu düşmən tapdağından azad etmək Can Azərbaycanın halal haqqıdır.

Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonu daxil olmaqla, işğal altındakı bir sıra yaşayış yerlərini düşməndən azad etdiyini və sürətlə irəlilədiyini xatırladan partiya sədri əminliklə deyib ki, şanlı qələbə günü yaxındadır. Türkiyə bu haqqı işində Azərbaycanın yanındadır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər