Azərbaycan öz torpaqlarını təkbaşına işğaldan azad etməyə qadirdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Ermənistan dərhal işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır: "Azərbaycanın əsas məqsədi yalnız işğal altında olan əraziləri azad etməkdir. Azərbaycan torpaqlarının işğalına səssiz qalanlar atəşkəs çağırışı əvəzinə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etməlidirlər.
Ermənilərin Qarabağa işğalına və əhaliyə qarşı qətliamlara susqunluq nümayiş etdirmək tamamilə ikiüzlülükdür. Daha 30 il gözləməyə səbrimiz yoxdur. Həll mexanizmlərinin beynəlxalq miqyasda etimad qazanması üçün fürsət yaranıb".