Türkiyənin Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, tərəflər Ermənistanın Azərbaycana təcavüzü, İdlib və Liviya ilə bağlı müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Akar rusiyalı həmkarına mülki əhaliyə hücum edən Ermənistanın buna son verməsi və işğal etdiyi ərazilərdən çıxarılmasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq.