Gecə saat 1-dən bəri oyağıq. Gəncədə yaşayan xeyli dostumuz, tanışımız, qohumumuz var. Onlarla danışmışıq, çox pis olmuşuq. Erməniyə inanmaq olmaz, onlar heç zaman düzəlməyəcəklər.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bildirib ki, Gəncədə baş verənlər faşist əməliyyatıdır:
“Dinc insaların evini bombardman ediblər. Nə qədər ölən, yaralanan var. Əgər sən kişisənsə, müharibəni müharibə zonasında apar. Dinc əhalini bombardman etmək əxlaqsız hərəkətdir. Dinc əhalini öldürüb, diri-diri basdırmaq yalnız faşistlərə xas davranışdır.
Gəncədəki görüntülərə göz yaşı axıtmadan baxmaq olmu. Kimsə dağıntıların altından çıxanda, insanlar əllərini göyə qaldırıb şükür edirdilər. Çox dəhşətlidir. Hesab edirəm ki, bizim ordumuz Xankəndini, Şuşanı bombardman etməlidir. Torpaqları azad etdikdən sonra, Şuşanı özümüz bərpa edərik, təki bu məsələ qurtarsın”.
Novella Cəfəroğlu qeyd edib ki, ordumuz düşməndən fərqli olaraq müharibə qaydalarına əməl edir:
“Hər kəndi azad etdiyimiz zaman düşmənin bağrı çatlayır. Azad edilən kəndlərdə ölən bircə nəfər mülki şəxs belə yoxdur. Görüntülərə baxırıq, Ermənistandan da bir səs çıxmır ki, mülki insan ölüb. Bu, humanistliyimizə cavab olaraq düşmənin bizə qarşı etdiyi vəhşikdir”.