“Dağlıq Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb, həmişə Azərbaycana aid olub”.
Teleqraf.com xəbər verir ki, bunu irland tarixçi Patrik Uolş deyib.
Tarixçi Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı geosiyasi duruma diqqət çəkib:
“Qərb Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə sona çatmasına kömək edəcək heç bir şey etmədi, məsələyə qərəzli formada yanaşdı. Məsələnin son olaraq Putin və Ərdoğan tərəfindən həll ediləcəyi təqdirdə, Qərb özündən başqa günahlandıracaq kimsəni tapmayacaq. Hamı bu illər ərzində açıq bir nəticə çıxardı ki, artıq Avropa və ya ABŞ-ın edə biləcəyi heç nə yoxdur.
Amerikalı senator Corc Mitçell də açıq şəkildə dedi ki, Qərbdə münaqişənin həllinə kömək edəcək kimsə qalmayıb, bu əsl ayıbdır”.
Patrik Uolş Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu, heç vaxt Ermənistanın bir hissəsi olmadığını diqqətə çatdırıb:
“Qarabağ, Rusların 1820-ci illərdə ələ keçirməsindən bir əsr əvvəl müstəqil bir müsəlman-türk xanlığı idi. 1917-18-ci illərdə çarlıq dağılına qədər vilayətin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi. Qarabağ 1918-ci ilin mayından müstəqil Azərbaycan Respublikasının, 1918-ci ilin dekabrından 1919-cu ilin avqust ayınadək ingilis işğalı altında olan Azərbaycanın bir hissəsi olub. 1919-cu ilin avqustundan 1920-ci ilin mayınadək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi idi. 1920-ci ildən 1990-cı illərədək isə Azərbaycan Sovet Sosialist Respublikasının…
Beynəlxalq hüquq və BMT-yə görə, hələ də Azərbaycanın bir hissəsidir. İndi Azərbaycan ordusu yenidən faktiki olaraq bu bölgəni geri qaytarır. Qarabağ heç vaxt Ermənistan dövlətinin bir hissəsi olmayıb. Bilirəm ki, siz tarixçi deyilsiniz cənab Paşinyan, amma bundan nə başa düşmürsünüz?”.