27 Oktyabr 2020 15:38
20 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin “F-16” təyyarələrinin Azərbaycanda olması vacib bir tarazlıq faktorudur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, kəşfiyyat generalı İsmayıl Haqqı Pekin deyib.

İyul ayında Ermənistanın Tovuza hücumundan sonra Türkiyə və Azərbaycan arasında birgə təlimlərin keçirildiyini bildirən general qeyd edib:

“Təlimlərə cəlb edilən Türkiyə “F-16”-ları Azərbaycana qaldı. “F-16” təyyarələrinin Azərbaycanda qalması bölgədəki tarazlığın bir elementidir. Bu, Bakıya ciddi zəmanət verməklə yanaşı, Ermənistan və prosesə müdaxilə etmək istəyən digər ölkələrə bir xəbərdarlıqdır. Türkiyə üçün bu mövzuda ciddilik və qətiyyət nümayiş etdirmək çox vacibdir”.

Pekin Ermənistanın “F-16”-ların istifadə edildiyi iddialarının doğru olmadığını söyləyib:

“Azərbaycanın bu anda “F-16”-lardan istifadə etməsinə ehtiyac yoxdur. Bu, sürətli bir müharibədir. Onların kifayət qədər Pilotsuz Uçan Aparatları (PUA) və ağır silahları var”.


Müəllif: Mənsur Rəğbətoğlu