Video əlavə olunub.
***
09:05
Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını müsbət qiymətləndirirəm. Azərbaycan Ordusu irəliləyir və qarşısına qoyulan məqsədləri inamla həyata keçirir.
Bu fikirləri Teleqraf.com-a Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.
O, bəyan edib ki, düşmən pərən-pərən salınıb: “Onun texnikası, silah-sursatı, anbarları, təminat ləvazimatları dağıdılıb. Azərbaycan Ordusuna eşq olsun! Düşünürəm ki, ordumuzun bu müqəddəs işi başa çatdırmasına az qalıb”.
Şəmistan Əlizamanlı qeyd edib ki, hərbi üstünlük Azərbaycan tərəfindədir: “Bu, xəbərlərdən, görüntülərdən, əldə olunan uğurlardan açıq görünür. Azərbaycan Ordusu rayonlarımızı bir-bir işğaldan azad edir. Müharibənin nə zaman bitəcəyini Allah bilər. Amma inşallah çox çəkməyəcək. Mənim arzum sözsüz ki, qələbədir. Azərbaycan xalqı narahat olmasın qələbə çox yaxın zamanda olacaq”.