9 Noyabr 2020 01:41
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən qarabağlı olaraq bu xeyir xəbəri eşidəndə göz yaşımı saxlaya bilmədim. Allaha şükür edirəm ki, bu günü, qələbəmizi gördüm. Şuşada görəcək işlərimiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Biz abidələrimizi Şuşaya qaytarmalıyıq, mən Şuşada atamın evini, "Xarı bülbül festivalı"nı yenidən bərpa etməliyəm. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra söz verdim ki, bu festival yalnız Şuşa, Qarabağ azad olunduğu zaman keçiriləcək. Bunun vaxtı gəlib çatıb.

Mən hörmətli prezidentimizə, cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Mən hər bir əsgərin qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmayıb. Bu gün Şuşa azaddır. Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın bizim birliyimiz!", - deyə söyləyib.


Müəllif: Aysel Azad