10 Noyabr 2020 16:21
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq müharibənin bitməsinə, daha sonra isə bizim bütün torpaqlarımızın erməni işğalçılarından azad edilməsinə çox sevindim. Ordumuzu təbrik edirəm, Ali Baş Komandanımızı təbrik edirəm. Bu, Azərbaycan üçün böyük nailiyyətdir.

Bu fikirləri Teleqraf.com-a açılamasına hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, sosial şəbəkələrdə rus sülhməramlılarının bölgəyə gəlməsinə etiraz yazanlara sual vermək istəyirəm:

"30 ildir torpaqlarınızda erməniyə dözürdünüz. Nə torpağınıza addım ata bilirdiniz, nə də danışa bilirdiniz. Bu 44 gündə övladlarımızın qanı hesabına, Ali Baş Komandanın siyasəti nəticəsində bütün torpaqlarımızı azad etmişik. İndiyədək heç kim bizə bunu etməmişdi. İnanıram ki, bunun sonu çox gözəl olacaq. O torpaqlar bizimdir, çalışmalıyıq ki, o torpaqlarda özümüzü elə göstərək ki, rus da bunu görüb, özü çıxıb getsin. Bu gün ümid edirəm ki, Türkiyə və Rusiya orada varsa, torpaqlarımızda sakit yaşaya biləcəyik. Görün insanlar necə sevinir. Hamını bayram münasibətilə təbrik edirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər