Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək.
Teleqraf.com-un məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
V.Putin bildirib ki, Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdir: "Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür".