21 Noyabr 2020 11:22
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

Teleqraf.com-un məlumatına görə, reportajda qeyd olunur ki, Füzulidə əsgərlərin Azərbaycan bayrağını sanca bilməsi üçün bir dənə də sağlam tikili qalmayıb. Əsgərlə bayrağı dağılmış evin fasadına sancmaqla kifayətləniblər.

Füzulidən olan qaçqın Arzu Şəfiyevanın sözlərinə görə, 30 il onlar oranı tərk edəndə şəhər tamamilə başqa cür idi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır:

"İşğala qədər şəhərdə 100 min əhali yaşayırdı, şəhər çiçəklənirdi, amma onu yerlə bir etdilər. Azərbaycan erməinilərin dağıtdıqlarını bərpa edəcək, Füzulini həyata qaytaracaq və bura yenidən Azərbaycanın çiçəklənən şəhərinə çevriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər