Türk hərbçiləri Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il ərzində olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib, türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. O, qeyd edib ki, quru qoşunları hazırlığı qurtarıb.