13 Yanvar 2021 17:40
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsgər Radik Tatosyanın ölüm səbəblərini aydınlaşdırmaq üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Teleqraf.com "Sputnik Ermənistan" istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 12 yanvar saat 14:50-də ermənilərin “Qarabağ müdafiə ordusu” dedikləri, əslində isə Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusunun tör-töküntülərinə məxsus olan əsgər R.Tatosyan “ağciyərlərin ikitərəfli iltihabı, kəskin miokardit, COVID-19 şübhəsi” diaqnozu ilə Qarabağdakı tibb mərkəzlərindən birinə aparılıb. Elə həmin gün, təxminən 18:25-də Tatosyan ölüb.

Müstəntiqlər 18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı materiallar toplayır.

Bundan əvvəl “Qarabağ müdafiə ordusu” 2002-ci il təvəllüdlü Radik Edqaroviç Tatosyanın ürək-ağciyər çatışmazlığından öldüyünü bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər