6 Mart 2021 10:37
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib.

Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb: “Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”.

***

09:25

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.

Teleqraf.com xəbər verir ki, onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar.

Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının səfərdə iştirakı da təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər