1 İyun 2021 21:43
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana gəlmiş xarici blogerlərin işğaldan azad olunmuş torpaqlara səfəri davam edib.

Teleqraf.com xəbər verir ki, Ağdama səfərdən sonra xarici blogerlər Cəbrayıl rayonunda yerləşən tarixi qədim Xudafərin körpüsündə olublar və körpünün tarixi və əhəmiyyəti ilə bağlı paylaşımlar ediblər.

Dünən isə Füzuli şəhərinə və rayonun Qarğabazar kəndinə səfər edən bloqerlər işğal zamanı dağıntılara və təhqirlərə məruz qalan 17-ci əsrə aid tarixi karvansaray və dini məkanlarla tanış olublar.

Bloqerlərin səfəri Qəbələ, İsmayıllı və Şamaxı daxil olmaqla daha iki gün davam edəcək.

Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə, 12 bloger iştirak edir.

Layihənin təşkil edilməsində məqsəd azad edilmiş ərazilərdə mövcud vəziyyəti, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri, eləcə də Azərbaycan mədəniyyətini və ölkəmizdəki unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır

.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər