Bu gün media nümayəndələrinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri təşkil edilib.
Teleqraf.com xəbər verir ki, bir qrup jurnalistin və Medianın Inkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və Azərbaycan Melorasiya və Su Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə təşkil olunan səfər rayon ərazisində görüləcək işlərlə tanışlıq məqsədi daşıyır.
Səfər çərçivəsində jurnalistlər Aşağı Köndələnçay su anbarı ilə, yeni tikilən “Füzuli” yarımstansiyası, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olacaqlar.