Füzuli hava limanı kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2.5 kilometr olan hava xətləri çəkilir.
Teleqraf.com xəbər verir ki, bunu AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ana transformatoru 1000 kV gücündə olan iki ədəd transformator binasının tikintisi başa çatıb: "Hazırda sahəyə elektrik enerjisi Füzuli 110 kV, 35 kV və 10kV gücündə transformatorlardan elektrik enerjisi paylanılır".
Valeh Əmiraslanov qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün ANAMA tərəfindən sahələrin minalardan tam təmizlənməsi lazımdır: "Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir".