2 Sentyabr 2021 10:53
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri davam edir.

Səfərdə 25 yerli sakin iştirak edir.

Artıq sakinlər "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.

Həmçinin səfər proqramı çərçivəsində sakinlər Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

* * *

08:25

Bir qrup Kəlbəcər sakini ilk dəfə doğma şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, səfər zamanı sakinlər öz şəhərlərini ziyarət edəcəklər.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yola düşüb.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Səfər proqramı çərçivəsində sakinlər "Tunel qətliamı"nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə ziyarət də təşkil ediləcək.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər