27 Sentyabr 2021 11:16
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr - 1 il əvvələ qədər bu gün bizim üçün adi payız günlərindən biri idi. Ötən il Azərbaycan 27 sentyabr səhərini müharibə xəbəri ilə açdı. Hər kəs təşviş içində mavi ekranların qarşısına keçib cəbhədən xəbər almaq üçün gözləyirdi. Eşidəcəyimiz hər kəlmə iliklərimizə qədər təsir edirdi.

Həmin gün təkcə əsgər anaları yox, bütün ölkənin ürəyi cəbhədə döyünməyə başladı - nə az, nə çox, tam 44 gün ərzində...

27 sentyabrdan etibarən qələbə xəbərlərini aldıq. Budur, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Hər gün eşitdiyimiz zəfər xəbərləri bizi daha mübariz etməklə yanaşı, göz yaşlarımızı silirdi.

10 Noyabrda imzalanan bəyannamə ilə Azərbaycan yenidən bütünləşdi. Bu gün bütöv Azərbaycanın övladları Fəxri Xiyabana qəhraman oğullarını yad etmək, onlara təşəkkür etmək üçün toplaşıblar.

Teleqraf.com Fəxri Xiyabandan görüntüləri təqdim edir.


Müəllif: Aysel Azad, Foto: Pərviz Həşimi

Oxşar xəbərlər