6 Dekabr 2021 14:18
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Teleqraf.com-a bildirilib ki, noyabrın 29-dan dekabrın 4-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Müəllif: Teleqraf.com