3 Mart 2022 00:53
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən tribunaya yaxınlaşmazdım. Amma siz israr edirsiniz ki, biz torpaqların 75%-ni düşmənə vermişik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib.

O, “Emənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Sanasar olduğunu deməmələrini tələb edib.

“Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, - Paşinyan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər