16 Sentyabr 2022 09:58
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.

Teleqraf.com-un məlumatına görə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.

"Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrı ilə izləyirik. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir" - nazir müavini əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər