31 Oktyabr 2022 12:58
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri və deputatları dünən Xankəndidə keçirilən mitinqlə bağlı susurlar.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahan Babayan deyib.

“Çox maraqlıdır, elə deyilmi? “Vətəndaş Müqaviləsi” fraksiyasından və dövlət rəsmilərindən kiminsə dünən Xankəndidə keçirilən “çoxminlik mitinq”lə bağlı nəsə dediyini eşitmisiniz? Bu, həqiqətən də, kapitulyator qrupun Qarabağdan əl çəkməsinin sübutudur”, - Babayan bildirib.

Ekspert Baş nazir Nikol Paşinyan və komandasının bu susqunluğunun başqa izahının olmadığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər