Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik, 1 zirehli və 1 yük avtomobili Xankəndidən Laçın, 1 minik və 1 yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 7-yə çatıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.