Ermənistan-Azərbaycan sərhədində və Qarabağ zonasında sabitliyin ciddi şəkildə pozulması riskləri var.
Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
Tasmaqambetov qeyd edib ki, Qarabağdakı vəziyyət və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı sabitliyin pozulması riskləri aktual olaraq qalır.
KTMT baş katibi regionda mövcud gərginliyi “illərlə davam edən ziddiyyətlərin nəticəsi” adlandırıb:
“Qafqaz regionunda gərginlik Ermənistan və Azərbaycan arasında uzunmüddətli ziddiyyətlər nəticəsində saxlanılır”.
Bundan başqa, onun sözlərinə görə, KTMT ölkələrində sabitliyin pozulması riski var.