14 İyul 2023 19:35
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan saxlanılarkən döyülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan deyib.

Erməni caninin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, iyulun 14-də qondarma rejimin sabiq "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyan və oğlu həbs ediliblər.

İlkin məlumatlara görə, Balasanyanın oğlu korrupsiyada, özü isə hakimiyyət nümayəndələrinə zor tətbiq etməkdə ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər