Azərbaycanla əməkdaşlığımız regionda sülh üçün şərait yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Azərbaycanla əməkdaşlığımız nəticəsində 30 il işğal altında olan, Azərbaycanın ayrılmaz hissəsi Qarabağ geri qaytarıldı" - deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edərək əlaqələrini daha da möhkəmləndirəcək.