Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbqycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.
Teleqraf.com xəbər verir ki, "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.
Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.