30 Avqust 2023 16:22
3 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın dəhlizi”ndə yaranmış vəziyyət Ermənistanın onu Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə liderlərinin iştirakı ilə keçirilən görüşün yekununda qeydə alınıb”, - Rusiya rəsmisi bildirib.

Zaxarova Qarabağın Ermənistan tərəfindən Azərbaycanın bir hissəsi kimi tanımasının yerdəki vəziyyətə təsir etdiyini söyləyib.

Qarabağın Azərbaycan ərazisi olduğu BMT tərəfindən təsdiqlənib, buna sənədlər üzərində imza atanlardan biri də Ermənistandır. İndi Qarabağın Azərbaycan ərazisi olaraq tanınmasının Rusiyanı və onun rəsmisini niyə qıcıqlandırdığı da bir ayrı mövzudur. Həm də bölücülüyü və xoş olmayan niyyətləri ehtiva edən mövzu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər