“Rusiya Laçın yolu ətrafında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya tərəfi həm İrəvan, həm də Bakı ilə ardıcıl işləyir. Bunu davam etdirəcəyik”, - Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, tərəflər hazırda müxtəlif variantlar üzərində işləyirlər. O, Rusiya tərəfinin Qarabağa göndərdiyi humanitar yükün ilk partiyasını da xatırladıb.