31 Oktyabr 2023 00:30
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mediası Azərbaycanın Ermənistan ərazisində hələ də işğalda qalan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana sual ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Armen Abazyan suala cavabdan yayınıb və heç bir açıqlama verməyib.

Erməni mediasının yazdığına görə, Ermənistan rəhbərliyi anklavların Azərbaycana qaytarılması haqda müzakirələr aparır. Rəsmi İrəvan hələlik bunların hansı kəndlər olduğunu və Azərbaycana hansı prinsiplə veriləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər