“Bu şəhərdə”nin aktyoru Coşqun Rəhimov Teleqraf.com-un suallarını cavablandırıb.
- Coşqun bəy, bir müddət öncə Heydər Əliyev adına Sarayda konsert verdiniz. Regionlarımızda və Moskvada da konsert gözlənilirmi?
- Bəli Heydər Əliyeva adına Sarayda konsertimiz baş tutdu. Moskvada da konsertimiz olacaq. Amma hazırda ən əsas işimiz IV İslam Həmrəyliyi Oyunlarıdır. Oyunlara az qalıb və bilirsiniz ki, oyunların ulduz səfiriyik.
- Konsertdən gözlədiyiniz gəliri əldə edə bildinizmi?
- Şükür Allaha, ayaq üstəyiksə, deməli, vəziyyət yaxşıdır.
- Aprelin 28-29-da Heydər Əliyev adına Sarayda “Planet Parni iz Baku”nun da konserti gözlənilir. Həmkarlarınızla rəqabət varmı?
- Kiminləsə rəqabət aparmağa vaxtımız yoxdur. Onlar da bu işin içindədir, biz də. Uğurlar arzu edirik. Tamaşaçıları bol olsun. Əziyyət çəkilən iş mütləq qiymətləndirilməlidir. İşdə əziyyət, peşəkarlıq varsa, mütləq qiymətli olmalıdır.
- Tahir İmanov ilə münasibətiniz necədir?
- Münasibətimiz normaldır. Salam-sağ ol səviyyəsində.
Rəqsanə