28 Aprel 2018 22:27
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADGTT-nın kollektivi VIII Beynəlxalq Dünya Teatr Olimpiadasının diplomu ilə təltif edilib.

Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak etmişdi.

VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərində iştirak edən kollektiv T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları akrtisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.

Festivalda uğurlu çıxışa və maraqlı səhnə əsərininin təqdiminə görə tamaşanın yaradıcı heyəti festivalın xüsusi diplomu ilə təltif edilib.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır. ADGTT beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsi,Azərbaycan teatrının dünyada tanıdılması, təbliği istiqamətində həmişə bu etimadı doğrultmağa çalışır.

Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Psixoloji oyun dramında qadın obrazını əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Qeyd edək ki, VIII Beynəlxalq Dünya Teatr Olimpiadası fevralın 17-dən aprelin 8-dək davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər