9 Mart 2020 16:32
2 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə yaşayan əslən azərbaycanlı modelyer və diaspora fəalı Şervin Nəcəfpur doğma vətəninə olan sevgisini gördüyü işlərlə göstərməyə davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyədə "Antalya Fashion Week 2020" adı altında keçirilən moda günlərində modelyer Şervin Nəcəfpurun (Milli mirasımızın mənşəyi), Shervin Najafpour "Land of our origin” kolleksiyası hər kəsin ürəyincə olub və ayaqda alqışlanıb. Tarixdəki Türk izlərini geyimlərində əks etdirən modelyerin moda nümayişi Azərbaycan bayrağının rənglərinin tərkibində qaya üstü rəsimlər ilə bəzədilən geyimlərdən təşkil olunub ki, bu da moda sevərlər tərəfindən çox bəyənilib.

Ənənəvi olaraq hər il keçirilən "Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır. Şervin Nəcəfpurun moda nümayişi baş tutmadan əvvəl, Eda Meltem Yılmaz şəxsən səhnəyə çıxaraq modelyer haqqında dəyərli ürək sözlərini 1200-dən çox qonaqla bölüşüb:

“Şervin Nəcəfpur Norveçdə doğulan, amma Türk dünyasını öz geyimlərində birləşdirən və çox sevilən dəyərli vətənpərvər dostumdur. Ötən il dünyaya çox vacib sosyal mesajlar göndərərək, bu ildə geyimləri ilə Türk tarixinin izlərini sizlərə təqdim edəcək. Geyimlər və fondakı animasiyalarla sizlərlə vacib mesajlar çatdıracaq".

Şervin Nəcəfpur bildirib ki, bu il də Azərbaycan əsilli makiyaj ustası Aygun İbrahimova ilə əməkdaşlıq edib:

“Ötən il Aygun xanım ilə gözəl bir əməkdaşlığımız baş tutdu, həmyerlim ilə birgə bu il də çox maraqlı bəzəyə qərar verdik. Kolleksiya cəmi 15 geyimdən ibarətdir. Bütün modellərin üzlərində 1 dənə qayaüstü rəsim çəkilib. Bir Türk övladı olaraq, hər zaman çalışıram ki, vətən borcumu layiqli şəkildə ödəyim. Və bir çoxlarına məlumdur ki, mən uzun illərdir diaspora fəaliyətlərilə də məşğulam. CAN təşkilatın sədri kimi, missiyamız Norveç və Azərbaycan arasında güclü dostluq münasibətlərini yaratmaqdır.

Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və mən hər zaman çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən ilham alım. Bir diaspora təşkilat sədri kimi də Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın teoriyasından yola çıxaraq da məhz qayaüstü rəsimləri əks ettirməyə çalışdım. Milli motivlərimizi istifadə etməmin əsas səbəbi isə, Azərbaycanın milli mirasını nyaya tanıtdırmaqdır. Geyimlərdə qayaüstü rəsimləri tək-tək özüm əl ilə işləmişəm. Çox böyük qurur hissi keçirtdim zaldan gələn yüksək alqış səslərini eşidəndə. Kolleksiyamın bəyənilməsi, məni çox ruhlandırdı. Xaricdən gələn bütün əziz və dəyərli qonaqlarıma da sonsuz təşəkkürlərimi bildirmək istiyirəm".

Qeyd edək ki, bu gənc xanım Norveçdə dünyaya göz açıb, valideynləri isə Güney Azərbaycanın Urmu bölgəsindəndir. Qürbətdə doğulmasına baxmayaraq, Şervin Nəcəfpur Azərbaycan həqiqətlərini daima gördüyü işlərdə ictimaiyyətə çatdırmağa çalışır və illərdir buna nail olub. Bir neçə sahədə fəaliyyət göstərən gənc xanım ötən il Antalya Moda Həftəsində attığı böyük addımla tanındı. “Mən Qarabağa, evimə qayıtmaq istiyirəm" şuarları həftələr boyu bir çox dünya mətbuatı nümayəndələrinin diqqətini cəlb etməğə bacardı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər