İzmirdə Doqquz Eylül Üniversitetində məzuniyyət törənində sərgilənən dans-şousy fakültə dekanı Prof. Dr. Süleyman Başların vəzifəsindən xaric edilməsilə nəticələnib.
Mərasimdə tələbələrin Ramazan ayına uyğun olmayan tərzdə geyindikləri bildirilir. Bəzi iştirakçılar Təhsil Nazirliyinə şikayət edərək tələbələrin açıq-saçıq geyimlərindən şikayətləniblər. Nazirlik şikayəti araşdırıb və dekanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edib.
Süleyman Başlar bildirib ki, hind rəqslərinin oynanılmasından xəbəri olmayıb: "Hamı kimi məndə rəqsləri zaldan izlədim. Öncədən mənə məlumat verilməmişdi. Bu, mənə qarşlı qurulan tələ idi".
Ayxan