Avstraliyanın mərkəzindəki Milli Parkda nəhəng qartal vəhşi quşlar şousunu izləyən oğlanı göyə qaldıraraq aparmağa cəhd edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, quşun oğlana hücumu ətrafdakıları təəccübləndirib.
İyulun 6-da baş verən hadisənin şahidlərindən biri deyir ki, oğlanın başına qonub caynaqlarını keçirməyə çalışan quş onu sanki "bir heyvan kimi” götürüb uçmaq istəyirdi. Hücuma parkın işçiləri son qoyub.
15 metr aralıqda olan qartal birbaşa oğlanın üzərinə uçub.
Canını quş caynaqlarından qurtaran oğlanın 6-8 yaşlarında olduğu deyilir. Hücumdan sonra onun üzündə kəsik qalıb.