26 Avqust 2016 19:46
614
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur mobil oyun Pokemon GO oyunçuları qəribə əməllər törətməyə məcbur edirdi. Lakin bu dəfə oyun insan ölümünə səbəb oldu. Axşam.az Technote-yə istinadən xəbər verir ki, oyunçulara öncədən təhlükəsizlik baxımından nə qədər xəbərdarlıq edilsə belə, Yaponiyanın Tokusima şəhərində avtomobil sürücüsü sükan arxasında "Pokemon GO" oynayan zaman iki piyadanı vurub. Piyadalardan biri ağır xəsarətlər alsa da, həkimlər onun həyatını qurtara biliblər. Lakin digər piyada yerindəcə keçinib. Avtomobil sürücüsü polislərə etiraf edib ki, piyadaları "Pokemon GO" oynadığı üçün görə bilməyib. Oyunun yaradıcısı "Niantic Lab." studiyası vəfat etmiş şəxsin ailəsinə baş sağlığı verib və rəsmi olaraq bildirib ki, hadisənin bütün təfərrüatlarını araşdıraraq birdə bu cür hadisələrin olmaması üçün əlindən gələni edəcək.

Müəllif:

Oxşar xəbərlər