Adı açıqlanmayan 14 yaşlı Şimali irlandiyalı qız, başqası tərəfindən paylaşılan çılpaq fotosunu pozmadığına görə “Facebook”u məhkəməyə verib.
Qızın vəkilləri fotonu pozmaq üçün “Facebook”a müraciət etsələr də, sosial şəbəkədən heç bir cavab almadıqlarını deyiblər.
Fotonu hamıya açıq şəkildə paylaşan şəxs isə bu əməli qızdan intiqam almaq üçün etdiyini bildirib.
Mütəxəssislərin bildirdiklərinə görə, “Facebook” qanunu pozmuş istənilən fotonu operativ şəkildə poza bilər. Bu şəbəkə uşaq pornoqrafiyasının yayılmasının qarşısını almaq üçün “Microsoft” tərəfindən yaradılmış “PhotoDNA” sistemindən istifadə edir. Lakin, bu hadisədə həmin sistemin niyə işləmədiyi barədə açıqlama verilməyib.
Şikayət üzrə keçirilən məhkəmədə şirkətin üzrü rədd edilib.
\Axşam.az\