Cənubi Koreya alimlər qrupu unikal xüsusiyyətlərə malik akkumulyatorların istehsalı üzrə yeni texnologiya hazırlayıb. Bu haqda “Younhapnews” informasiya agentliyi məlumat verib.
Koreyanın Elm və Texnologiyalar İnstitutunun (KAIST) alimləri yeni material icad ediblər. Bu komponent sayəsində batareyalar müasir litium-ion analoqlarla müqayisədə 100 dəfə daha sürətli enerji toplayır.
Yeni akkumulyatorların tutumu eyni ölçülü litium-ion analoqlarla müqayisədə daha böyükdür.
Texnologiyanın yaradıcıları hesab edirlər ki, superkondensator elektrik avtomobilləri və mobil cihazlar üçün akkumulyatorlarda tətbiq ediləcək.
“ICTnews”