13 Oktyabr 2016 23:39
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın publika.az-a verdiyi məlumata görə, onlar qızın saxlandığı yerdə olublar: "Qızı yaşayış üçün uyğun olmayan yerdə saxlayıblar. Həmin yerdə yaşamaq üçün heç bir şərait yoxdur, hesab edin ki, daşın üstündə qalıb. Ailə qızın orada saxlandığını təsdiq edir. Lakin müşahidələrimiz göstərdi ki, qızın orada saxlanması ona əzab verməkdir. Qız evdən qaçırdısa, o, müalicə oluna bilərdi. Tövlə kimi yerdə xəstə insanı saxlamaq nə dərəcədə doğrudur? Ata özü üçün ayrıca ev tikib, ancaq qızlarını yaşayış üçün yararsız olan yerdə saxlayıb. Düzdür, ora tövlə deyil, amma heç bir şəraiti olmayan bir tikilidir. Ailədən qızın zəncirləndiyinin yalan məlumat olduğunu deyirlər. Ailə və qonşularla söhbət etdik. İcra hakimiyyətində Gender zorakılıq və uşaqlara qarşı zorakılıq qrupu ilə təcili iclas keçirildi. Biz də monitorinq qrupu qarşısında hadisə barədə məlumatı olduğu halda susan tərəflər barədə tədbir görülməsi üçün məsələ qaldırdıq. Hazırda cinayət işi aparılır və biz də nəticəni gözləyirik. Düşünürük ki, təqsirli hesab edilsə, məsuliyyətə cəlb edilməlidir".

Xəzər televiziyasında yayımlanan ''Bizə danış'' proqramının əməkdaşları bir qızın düz 8 ildir daxmada atası tərəfindən zəncirlənərək saxlanıldığını aşkarlayıblar.

T.İbrahimova Pərvanənin bacısının ölümü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi: "Qonşulardan əldə etdiyimiz məlumata görə, qızların atası Valeh Məmmədovun özünün də müəyyən psixoloji problemləri olub. Digər qızın ölümünə gəldikdə, ailə bu barədə telekanalda yayılan məlumatın yalan olduğunu bildirdi. Onların sözlərinə görə, həmin qızın da psixoloji problemləri olub. Ölüm səbəbi həmin şəraitdə saxlanması deyil. Atası bildirdi ki, qızların hər ikisinin anadangəlmə psixoloji problemləri var. Pərvanə və bacısı illər əvvəl Bakıda Mərdəkanda ruhi dispanserdə müalicə alıblar. Hər ikisinin psixoloji problemlərinə görə təhsil almayıblar. Ümumiyyətlə, onlar cəmiyyətə buraxılmayıb, qapalı saxlanılıblar. Şəkillərdə də görünür ki, qız inkişafdan geri qalıb. Pərvanənin 27 yaşı var".

8 ildir atası tərəfindən əqli qüsurlu olduğuna görə İmişli rayonunda daxmada zəncirlənərək saxlanılan Pərvanə paytaxta gətirilir.

Komitə rəsmisinin sözlərinə görə, bu faktın üstündə dayanmaqla məsələyə düzgün qiymət verilməlidir: "Bu məişət zorakılığı halıdır. 2010-cu ildə bu barədə qanun qəbul olunub və bu halla qarşılaşanlar yerli icra hakimiyyəti, polisə müraciət etməlidir".


Müəllif:

Oxşar xəbərlər