3 Noyabr 2016 08:35
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Curiosity” kosmik aparatı Marsda dairəvi metal meteorit aşkarlayıb.

Teleqraf.com “Gizmodo” informasiya agentliyinə istinadən xəbər verir ki, “Curiosity” tapıntıya ötən həftə Şarp dağının ətəyində rast gəlib. “Egg Rock” adlandırılan meteoritin diametri dörd santimetrdir.

Tədqiqatçılar hesab edirlər ki, səma cisminin forması Qırmızı planetin atmosferinə daxil olması nəticəsində formalaşıb.

ABŞ-ın Arizona universitetinin alimlərinin fikrincə, meteoritin tərkibi nikel və dəmirdən ibarətdir. Səma cisminin yaxşı vəziyyətdə qalması Marsda oksigenin olmaması ilə izah edilir.

Qeyd edək ki, “Curiosity” kosmik aparatı Mars planetinə NASA tərəfindən 26 noyabr 2011-ci il tarixdə göndərilib. Aparat 6 avqust 2012-ci il tarixində Qırmızı planetin səthinə Qeyl krateri rayonunda eniş edib. Bu NASA-nın “Mars Science Laboratory” proqramı çərçivəsində Qırmızı planetə göndərdiyi üçüncü aparatdır.

Şarp dağı Qeyl kraterinin mərkəzində yerləşir. Hündürlüyü 5,5 kilometrdir.


Müəllif:

Oxşar xəbərlər